Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

  • Müəllif: admin
  • 26 Fevral 2018 17:06

Bu gün saat 17:00-da Xocalısoyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Gununsesi.info-nun məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Gununsesi.info