Xorvatiya prezidentinin Azərbaycana səfəri başlandı

  • By admin
  • 23 Oktyabr 2016 19:16

xorvat

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Gununsesi.info