Xorvatiyada Parlament seçkiləri keçiriləcək

  • By admin
  • 05 İyul 2020 09:33

Bu gün Xorvatiya bir palatalı parlamentində 151 yer uğrunda seçkilər keçiriləcək.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, seçkilərdə 70-ə yaxın partiya, birlik və koalisiyadan 2,6 mindən çox namizəd mübarizə aparacaq.

Gözlənildiyi kimi, əsas mübarizə hakim partiya – Xorvatiya Demokratik Birliyi (XDB) ilə ana müxalifət qüvvəsi olan Sosial Demokrat Partiyası (SDP) arasında olacaq.

Qeyd edək ki, XDB-yə Baş nazir Andrey Plenkoviç, müxalifəti birləşdirən “Reboot” koalisiyasının başında duran SDP-yə isə Davor Bernardiç rəhbərlik edir.

 

 

Gununsesi.org