Xruşovun oğlu Krımın Ukraynaya verilməsinin səbəbini açıqladı

  • By admin
  • 05 Sentyabr 2017 11:22
default
“Krımın 1954-cü ildə Ukraynaya verilməsi  düzgün  idi və bu struktur qərar əsasında verilib və burada hər hansı siyasi aspekt yoxdur”.
Gununsesi.info xəbər verir ki, SSRİ-nin Baş katibi olmuş Nikita Xuruşovun oğlu Sergey Xuruşov Krımın Ukraynayava verilməsi ilə bağlı mövqeyini açıqlayıb.
“112 Ukrayna” telekanalına müsahibə verən ABŞ-ın Braun Universitetinin professoru, SSRİ-nin Baş katibi Nikita Xuruşovun oğlu Sergey Xuruşov deyib.
“Əgər xəritəyə diqqətlə baxsanız o zaman atamın Krımı Ukryanaya verilməsinin əsas səbəbi bəlli olar. Çünki Krımın daha çox Ukryana  ilə əlaqə qurma imkanalrı var. Zamanında Dövlət Plan Komitəsi iqtisadiyyatla məşğul olan zaman, xüsusən də kanalın çəkilməsi məsələsi gündəmə gələndə, təəssüflər olsun ki, indi həmin kanalı məhv edilib, qərara alınıb ki, ən yaxşısı bu kanalın tikintisi bir hüquqi  şəxsin  nəzarətinə verilsin. Məhz Krım və digər bölgələr Ukraynaya verilib”- deyə, S. Xuruşov vurğulayıb.
S. Xuruşov onu da əlavə edib ki, o baxımdan da Krımın Ukraynaya verilməsində hər hansı siyasi aspekt olmayıb:
“Guya Nikita Xuruşov Krımı arvadına görə Ukraynaya bəxşiş edib. Çünki anam Qərbi Ukraynada anadan olub. Rusiyada bu fikirləri səsləndirməyi  çox sevirlər. Guya da bununla da Ukrayna bürokratlarının könlünü xoş etmək  istəyirlər. Amma əslində belə deyil. Krımın Ukraynaya verilməsi düzgün  idi və bu struktur qərarı əsasında olub. Bundan sonra  Krımda üzümçülük bağları salındı və iqtisadiyyatı inkişaf etməyə başladı”.
Mürtəza
Gununsesi.info