Xuraman Əlizadə: “Övladım nikahsız doğulmayıb” - 2 İDİK 3 OLDUQ (FOTO)

  • By admin
  • 09 İyul 2016 13:29

xuraman

 

Hər ikimiz ailəli olmuşuq, ayrılmışıq. Heç kim heç kəsin ailəsini dağıtmayıb. Gununsesi.info xəbər verir ki, bu haqda nikahsız hamiləliyi ilə qınaq obyektinə çevrilən aktrisa və aparıcı Xuraman Əlizadə haqqında danışılanlara sosial şəbəkədən münasibət bildirərkən deyib. Belə ki, aktrisa onu ittiham edənlərə sərt mesaj göndərib: “Bu haqda yəqin ki, efirdən danışacam. Lakin zaman keçdikdən sonra. Övladım nikahdan kənar doğulacaq ya yox, vaxtı gələndə hər kəsə sübut edəcəm. Məni ittiham edənlərə, haqqıda xoşagəlməz fikirlər yazanlara rəsmi nikahımızı və dini nikahımızı göstərəcəm. Təbiətən davakar insan deyiləm, amma səbrim də müəyyən yerə qədərdir.. Heç kimin bir başqasının hisslərilə oynamağa haqqı çatmır. Allaha xatirinə, bəsdirin”-, deyən X.Əlizadə sənətdə ilk addımarını atdığı vaxtdan indiyədək şəxsi həyatı ilə gündəmə gəlməyi sevmədiyini, bu açıqlamanı isə məcburən verdiyini vurğulayıb: “Şəxsi həyatımı qapalı yaşayanlardanam. Heç vaxt bu barədə danışmaq istəməzdim. Lakin buna məcbur edirlər. Səhifəmdə ağzına, ağlına gələn fikirləri yazanlara söyləyirəm; 35 yaşım var. Ola bilsin, artıq kilolarım məni yaşımdan artıq göstərir, amma məlumunuz olsun ki, anam məni 1981-ci ildə dünyaya gətirib. Ailə qurmağıma gəldikdə isə, bəli, özümdən 5 yaş kiçik insanla ailə qurmuşam. Bir şeyi bilmənizi istərdim. Hər ikimiz ailəli olmuşuq, ayrılmışıq. Heç kim heç kimin ailəsini dağıtmayıb. Hər ikimizin ailələri arasında qohumluq əlaqələri var. Qohum kimi gediş-gəlişimizim, hörmətimiz var. Toyumuz olmayıb. Əsas hər iki tərəfin razılığı ilə rəsmi nikaha girmişik, dini nikah kəsdirmişik. Vəssalam! Toyumuzun olmamağına gəldikdə isə, məgər təmtəraqla toy çaldırıb ayrılanlar azdır? Xoşbəxtlik nə kağıza baxır, nə də toya”. Aktrisa haqqında xoşagəlməz ifadələr yazaraq, onu qınayanlarada münasibət bildirib: “Utanın, boş-boş yazmaqla nə əldə edirsiz? Mən aktrisayam, kimə maraqlıyamsa, tamaşalarıma baxsın və fikrini bildirsin”.

Xuraman Əlizadə dünyaya gələcək körpəsinin atasını sosial şəbəkə vasitəsilə ictimaiyyətə təqdim edib: “Bu insanla ailə qurmuşuq və inşaallah başa kimi olar. Barəmizdə xoşagəlməz sözlər yazanlar, əslində, bizim bir-birimizə daha da möhkəm bağlanmamıza stimul yaradırlar”.

 

Xəyalə Nəcəfova