Yəmən ABŞ və İsraili hədələdi

  • Müəllif: Firuzə
  • 15 Mart 2026 11:35

Yəmən strateji əhəmiyyətli Bab əl-Məndəb boğazını ABŞ və İsrail gəmiləri üçün bağlamaqla hədələyib.

Gununsesi.info  İranın “Press TV” telekanalına istinadən xəbər verir ki, bu haqda Yəmənin yüksək rütbəli hərbi komandiri Abed əl-Səvr bildirib.

Qeyd edək ki, Bab əl-Məndəb boğazı Ərəbistan yarımadasının (Yəmən) cənub-qərb hissəsi ilə Afrikanın şimal-şərq hissəsi (Cibuti və Eritreya) arasında yerləşir.

Gununsesi.info