Yəmən bombalandı

  • Müəllif: admin
  • 01 İyun 2018 11:02
Yəmənin Səda vilayətində koalisiya qüvvələri ilə qarşıdurma zamanı 30-dan çox husi həlak olub.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, koalisiya qüvvələri husilərlə atışmadan sonra Ketaf və Əl- Baka rayonlarında bəzi mövqeləri ələ keçirib. Husilərin qalasını ələ keçirmək üçün gedən döyüşlərdə xeyli sayda silah-sursat ələ keçirilib. Yəmən ordusundan da 3 əsgərin öldürüldüyü bildirilir.

Qeyd edək ki, Səda husilərin qalası kimi tanınaraq, strateji əhəmiyyət daşıyır.