Yəməndə hava limanı uğrunda döyüşlər - 250 nəfər ölüb

  • By admin
  • 20 İyun 2018 18:34

Yəmənin qərbindəki Hudeydə şəhərində koalisiya qüvvələri ilə husi üsyançıları arasında hava limanının nəzarətə alınması məqsədilə döyüşlər şiddətlənib.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, koalisiya qüvvələrinin zərbələri nəticəsində 250-yə yaxın üsyançı həlak olub.

 Qeyd olunur ki, bölgədə döyüşlər davam etdirilir. Digər təfərrüatlar barədə məlumat verilməyib.