Yəməndə təyyarə qəzası nəticəsində BƏƏ-nin iki pilotu ölüb

  • By admin
  • 17 Oktyabr 2017 22:36

552ef3f7-a24e-488f-92d8-2787e004979e
BƏƏ Silahlı Qüvvələrinin Yəməndə hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki pilotun öldüyünü bəyan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ SQ Baş komandanlığının bəyanatına istinadən “Emarat Al Youm” qəzeti yazıb.
Bildirilir ki, qəza Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının əməliyyatı çərçivəsində tapşırıq yerinə yetirən zaman baş verib.

Gununsesi.info