Yalan danışmağın 9 səbəbi - İNSANLAR NİYƏ YALAN DEYİR?

  • By admin
  • 19 Mart 2017 00:57

insanlar-neden-yalan-soyler

Yalan, daha danışmağa başlamadan əvvəl qazanılan davranışlardan biridir. Məsələn, bir körpənin yalandan ağlaması səbəbindən o an istədiyini yerinə gətirən ana atasına qarşı bunu istifadə etməyə başlaması, yalanın həyatımızın içində olduğunu sübuta yetirən göstəricilərdən biridir.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, insanlar bəzən istəklərini reallaşdırmaq, bəzən sevdiklərini üzməmək, bəzən də sevdiyi şəxsdən ayrılmamaq üçün yalana əl atmalı olur. Elə isə bizi yalan deməyə vadar edən əsl səbəblər nədir? Emsey Hospitalının psixiatriya mütəxəssisi Dr. Orhan Karaca araşdırması nəticəsində insanı həqiqətlərin ortaya çıxması durumunda narahat edən səbəbləri sıralayıb.

Beləliklə, həqiqətlərin ortaya çıxmasından və ümid etdiyi nəticənin tərsiylə qarşılaşmaqdan qorxan hər kəsin yalan söyləməyə meylli olduğunu vurğulayan Dr. Orhan Karacanın fikrincə, yalan danışan hər kəs özünə “Niyə yalan dedim?” sualını verməlidir. “Doğrunun pis nəticələr doğuracağından qorxan insanların çoxu əvəzi əslində doğru, dürüst olmamaları ilə ödəyirlər” deyən Dr. Karaca yalanların üzərinə qurulan bir dünyanın süni dincliyinin doğruların təmin etdiyi həzzin yeri tuta bilməcəyini vurğulayıb. Məhz elə bu səbəbdən də Dr. Orhan Karaca insanları yalana sövq edən 9 mühüm səbəbi qeyd edib:

  1. Səhv etmə qorxusu: “El aləm nə deyər?”

Başqalarının özü haqqında mənfi düşünməsinə həddindən artıq həssas olma və tənqidə dözümsüzlük adamı yalana sövq edə bilər.

  1. “Əvvəl mən və mənim prioritetlərim”

Hər zaman ön planda olma arzusu, ikinci plana düşmə qorxusu, ehtirasları istiqamətində hədəflərinə çatmaq üçün hər yolu özünə mübah görmək də adamı yalana sövq edə bilər.

  1. “Mütləq güclü tərəf olmalıyam”

Güclü olanın zəif olanı əzdiyinə, dünyanın etibarsız bir yer olduğuna və əzilən olmaq yerinə əzən olmağı üstün tutan adam da yalana meylli olur.

  1. “Röya bitəcək”

Bəzi şəxslər isə yaşadıqları komfortlu, hər şeyi asan əldə edə bildikləri həyat tərzinin itməsindən narahatlıq keçirərək yalana üz tuturlar.

  1. “Səni itirməyə dözə bilmərəm”

Sevdiyin şəxslə münasibətinin korlanması qorxusu da insanı yalan deməyə məcbur edə bilər.

  1. “Sən getsən məni kim idarə edəcək?”

Başqası olmadan həyatını idarə edə bilməyəcəyini, tək başına qalmağın bir fəlakət olduğunu düşünənlər də çətin anlar da yalana müraciət edirlər.

  1. “Aman Allah təklənirəm”

Həqiqətin üzə çıxmasından sonra təklənəcəyini, ətrafındakı insanların onu tərk edəcəyini düşünənlər də yalan danışmağa vadar olur.

  1. “Ona bir şey olmasına dözə bilmərəm”

Xüsusilə həddindən artıq iç içə olan ailələrdə yetişən fədakar şəxslər ailənin digər üzvlərinin kədərlərinə həddindən artıq həssas olurlar. Elə buna görə də həmin şəxslər ailə üzvlərinə xələ gəlməməsi üçün yalan danışmalı olur.

  1. “Həqiqətlə üzləşə bilmərəm”

Əgər həqiqətlə üzləşmək adama ağır gəlirsə, o zaman doğruları qəbul etmək əvəzinə hazırda olduğu vəziyyətə məntiqli şərhlər gətirməklə yalan danışmağı da bir çıxış yolu kimi qəbul edənlər var.

Gununsesi.info