“Yanar dağ” ziyarətçilərə bağlı olacaq

  • Müəllif: admin
  • 07 Fevral 2019 12:23

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu üç gün ziyarətçi qəbul etməyəcək.

Bu barədə Gununsesi.org-a  Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, 07-09.02.2019-cu il tarixlərində profilaktik işlərlə əlaqədər ziyarətçilərə bağlı olacaq. 10 fevral tarixindən etibarən qoruq yenidən ziyarətçi qəbul edəcək.