Yanğın 16 iribuynuzlu yandırıb kül etdi

  • By admin
  • 30 İyul 2016 14:15

tole

 

Ağcabədi rayonu, Qaravəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 617 kvadratmetr olan tövlənin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları 530 kvadratmetr sahədə və içərisinə yığılmış 20 ton ot bağlamasının 4 tonu yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı tövlənin içərisində olan 16 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info