Yanğın söndürüldü- 100-ə YAXIN MAŞIN YARARSIZ HALA DÜŞÜB

  • By admin
  • 01 İyul 2016 08:30

333

Bakının “maşın bazarı”nda baş verən yanğın nəticəsində ölən və xəsarət alan olmayıb. ANS TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın axşam saatlarında – 21 radələrində baş verdiyindən mağazalarda heç kim olmayıb.

Hazırda yanğın söndürülüb və yanğın söndürənlər mağazaların içərisini yoxlayırlar. Mağaza sahibləri mallarının böyük hissəsini yanğından xilas edə biliblər.

Hazırda ətrafı qatı duman bürüyüb. Babək prospektində isə tıxac hələ də davam edir.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.

 “Maşın bazarı”ndakı şiddətli yanğın söndürülüb

Bakının “maşın bazarı”nda baş verən yanğın nəticəsində təxminən 70-80 mağaza yarasız hala düşüb.

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumat görə, şiddətli yanğının söndürülməsi üçün FHN Dövlət Yanğından Mühafizə Xidməti ikinci çağırış edib və demək olar ki, bütün Bakı qarnizonu hadisə yerinə cəlb edilib.

Yanğının söndürülməsində onlarla yanğınsöndürən maşın iştirak edib. Güclü yanğın söndürülüb və hadisənin baş vermə səbəbləri araşdırılır