Yanğınla bağlı ilkin versiya budur -BAŞ PROKURORLUQ VƏ FHN -dən BİRGƏ AÇIQLAMA

  • By admin
  • 28 Aprel 2022 22:56

Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş vermiş yanğınla bağlı birgə məlumat yayıb.

Gununsesi.info-nun elektron poçtuna daxil olan məlumatda deyilir:

28 aprel 2022-ci ildə saat 17:20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində yanğın hadisəsi baş vermişdir.
Daxil olmuş məlumat əsasında dərhal Baş Prokurorluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxmışlar.
Ilkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə etmişdir.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmışdır.

Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcəkdir.