
Xəbər verdiyimiz kimi, bu ilin yanvar ayının 1-dən etibarən Vergilər Məcəlləsinə dəyişiklik məsələsi qüvvəyə minib. “Gununsesi.org”un verdiyi məlumata görə, Məcəllədə yeni qaydalardan biri də ticarət və iaşə müəssisələrində ödənişlər zamanı tutulan Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi (Nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%) müştəriyə geri qaytarılmasıdır. Alıcıların bir çoxu isə yeni qaydalardan xəbərdar olsalar da, ƏDV-ni necə və haradan alacaqlarını bilmirlər.
Bildirək ki, sözügedən məsələdən Vergilər Nazirliyi də xəbardardır. Nazirlikdən “Gununsesi.org” a bildirilib ki, ticarət və iaşə obyektlərində ƏDV-nin geri qaytarılması müddəası ilə bağlı qaydaların hazırlanması üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Qaydalar hazırlanıb hökumətdə təsdiq edilməlidir. Bundan sonra mexanizm bəlli olacaq. Hələ ki, mexanizm və qaydaların tətbiq olunacağı tarix müəyyənləşməyib.
Günel Türksoy











