Yanvarın 20-də Şəhidlər Xiyabanına giriş məhdudlaşdırılacaq – XİN qadağanı açıqladı

  • By admin
  • 19 Yanvar 2021 18:34

Yanvarın 20-də Şəhidlər Xiyabanına gəlmək istəyən ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdır. Ona görə də vətəndaşlar xiyabana beş nəfərlik qruplarla daxil olacaq və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxacaqlar. Bu barədə Daxili İşlər Nazirliynin mətbuat xidməti bildirib.

Məlumatda deyilir ki, Şəhidlər Xiyabanın daxilində və kənarda vətəndaşların toplaşması yolverilməzdir.

“Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər Xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar”, – mətbuat xidməti bildirir.

 

Nazirlik xatırladır ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun olaraq bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib.

Bu səbəbdən bu il 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil edilib.

Gununsesi.org