Yaponiya hökuməti Rusiyanın niyyətini araşdırmaqa başladı -YOŞİHİDE SUQA

  • By admin
  • 21 İyun 2019 11:29

Yaponiya hökuməti Rusiyaya məxsus Tu-95 strateji bombardmançılarının iki dəfə bu ölkənin hava məkanını pozması ilə bağlı vəziyyəti araşdırır.

Gununsesi.org xəbər verir ki, bu barədə iyunun 21-də keçirilən mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.

“Məsələyə cavabdeh olan idarələr hazırda Rusiya təyyarələrinin ölkənin hava məkanını pozması ilə əlaqədar qarşı tərəfin mümkün niyyətlərini araşdırır. İndiki vəziyyətdə baş verən hadisə barədə digər şərhlərə ehtiyatla yanaşmaq lazımdır”, – deyə baş katib bildirib.

Bu ərəfədə Kyodo agentliyi Yaponiya hökumətinin diplomatik kanallar vasitəsilə hadisə ilə əlaqədar Moskvaya etirazını çatdırması barədə məlumat yayıb.

Gununsesi.org