Yaponiya İrana 23 milyon dollar ayırdı

  • By admin
  • 17 Mart 2020 12:29

Yaponiya hökuməti koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün İrana 23,5 milyon dollar ayırmaq qərarı verib.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər naziri Moteqi Toşimitsu açıqlama yayıb.

O vurğulayıb ki, İranda xəstəliyə yoluxanların sayı 15 min nəfərə yaxınlaşır ki, bu da Çin və İtaliyadan sonra üçüncü ən böyük göstəricidir.

 “Virusun yayılması bütün beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur”,- deyə nazir qeyd edib.

Qeyd edək ki, son məlumatlara görə, İranda koronavirusa yoluxanların sayı 14,991-ə çatıb. Onlardan 853-ü ölümlə nəticələnib.

Gununsesi.org