Yaponiya turizm sənayesinin nümayəndələri Bakıya gələcəklər

  • By admin
  • 07 Oktyabr 2016 21:54

download-7

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Yaponiyadakı səfirliyinin, “Türk Hava Yolları”nın Bakı ofisinin və “Gilan Hospitality Group”un dəstəyi ilə Yaponiyanın turizm sənayesi üzrə nümayəndə heyəti ölkənin turizm potensialının dünyada təbliğ edilməsi məqsədilə oktyabrın 10-14-də Azərbaycanda səfərdə olacaq.

Gununsesi.info Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, səfər çərçivəsində oktyabrın 10-da Azərbaycan və Yaponiyanın turizm şirkətləri nümayəndələrinin iştirakı ilə Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının prezidenti Tadaşi Şimuranın “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” mövzusunda təqdimatı keçiriləcək.

Nümayəndə heyətinin Bakı ilə yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonu ilə tanışlığı planlaşdırılır.

 

Gununsesi.info