Yaponiyada daşqınlar nəticəsində azı 18 nəfər həlak olub

  • By admin
  • 05 İyul 2020 09:23

Yaponiyanın cənub-qərbində leysan yağışların səbəb olduğu çay daşqınları, torpaq sürüşmələri və geniş əraziləri su basması nəticəsində azı 18 nəfər həlak olub, daha 7 nəfər itkin düşüb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası bildirib.

Qeyd edilir ki, daha bir nəfər xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, ölənlərin əksəriyyəti çay daşqınına görə batan Kumamura (Kumamoto prefekturası) qəsəbəsindəki qocaların evinin sakinləridir. Hadisə yerinə gələn xilasedicilər 14 insanın meyitini çıxara biliblər.

 

 

Gununsesi.org