Yaponiyada koronavirusa gündəlik yoluxma sayı 50 mini ötüb

  • By admin
  • 22 Yanvar 2022 15:10

Yaponiyada ilk dəfə olaraq COVID-19-a gündəlik yoluxma sayı 50 mini ötüb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, təkcə Tokioda 11 227 yoluxma halı qeydə alınıb.

Rekord artım templəri fonunda yanvarın 21-dən fevralın 13-dək Tokioda və ölkənin 12 digər prefekturasında koronavirusun yayılmasının qarşısının alınması üzrə gücləndirilmiş tədbirlər rejimi qüvvədə olacaq.

 

Gununsesi.info