Yardımlıda 10 otaqlı evdə yanğın baş verib.
FHN-dən Gununsesi.info -ya verilən məlumata görə, Yardımlı rayonunun Porsova kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları 280 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info