Yardımlıda yanğın oldu

  • By admin
  • 16 Dekabr 2021 19:04

Yardımlı rayonunda çayxanada yanğın olub.

Gununsesi.info-ya bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Bozayran kəndində ümumi sahəsi 120 m² (hər mərtəbəsi 60 m²) olan ikimərtəbəli tikilinin (birinci mərtəbəsi fəaliyyət göstərmir, ikinci mərtəbəsi çayxana) ikinci mərtəbəsinin tavanı 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info