Yarıçılpaq kişi yoldan keçənləri qılıncla hədələdi - VİDEO

  • By admin
  • 01 Sentyabr 2020 09:35

Yarıçılpaq kişi yoldan keçənləri qılıncı ilə hədələyib.

Gununsesi.info bildirir ki, “Daily Mail”in məlumatına görə, kadrlar İngiltərənin paytaxtı Londonda qeydə alınıb.

Videodan aydın olur ki, əvvəlcə bir neçə gənc onun əlindən soyuq silahı almağa cəhd edir. Lakin bacarmırlar və kişi onlara hücum edir. Sonra isə başqa biri onunla danışıqlar apararaq qılıncı əlindən alır.

Məlumata görə, az sonra polis gəlib və kişini həbs edib.

Hadisə ilə bağlı istintaq başlanılıb.

Gununsesi.info