Yarıtmadılar!

  • By admin
  • 19 Yanvar 2023 22:42
Xəbər verdiyimiz kimi Avropa Parlamenti Laçın dəhlizi ilə bağlı Ermənistanın maraqlarına uyğun qətnamə qəbul edib.

Qeyd edək ki, sənəddə avropalı deputatlar Azərbaycanı Laçın-Xankəndi yolunu dərhal açmağa Ermənistanla Qarabağ arasında nəqliyyat, enerji və kommunikasiya əlaqələrini pozmaqdan çəkinməyə çağırıb.
Həmçinin, Avropa İttifaqının qanunverici orqanının nümayəndələri də Rusiya sülhməramlılarının fəaliyyətsizliyini pisləyib, BMT və ya ATƏT-i Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməyə və tərəfləri sülh danışıqlarını bərpa etməyə səsləyib.

Gununsesi.info xatırladır ki, Azərbaycan parlamentinin bir qrup deputatı son bir həftəni Avropa Parlamentində görüşlərdə keçirib.

Qeyd edək ki, deputatlardan Kamal Cəfərov, Nurlan Həsənov, Tural Gəncəliyev və Sevil Mikayılova Avropa Parlamentinə səfər etmişdi.

Həmin deputatlar bir neçə gündür ki, Avroparlamentdəki görüşlərlə bağlı sosial şəbəkələrdə pafoslu qeydlər yazaraq, fotolar paylaşıb.

Amma Avroparlamentin sonuncu sessiyası Azərbaycan üçün  biabırçı məğlubiyyətlə nəticələndi.

Bu qətnamə ölkəmizi haqlıykən haqsız duruma salmış oldu.

Görünür, parlament rəhbərliyi deputatların beynəlxalq təşkilatlardakı işinə yenidən baxmalıdır.

Etiraf edək ki, Azərbaycanın parlament diplomatiyası hər zaman uğursuzluğa düçar olub.

Gununsesi.info