Yaşayış binasında yanğın - 3 NƏFƏR ÖLÜB

  • Müəllif: admin
  • 25 Dekabr 2017 07:15

Dekabrın 25-ə keçən gecə Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında güclü yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan DİN-in Fövqəladə Halların idarə olunması Agentliyinin mətbuat xidməti bildirib.

“Dinamo” stadionu yaxınlığındakı yaşayış binasının mənzillərinin birində əmələ gələn yanğın 3 nəfərin həyatına son qoyub, daha 1 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bundan əvvəl “Rooms Tbilisi” hotelində yanğın baş verib, hadisə nəticəsində zərərçəkən yoxdur.

Gununsesi.info