Yaşlı kişi itini xilas etmək istəyərkən qayadan yıxılıb öldü

  • By admin
  • 21 Fevral 2018 08:30

ABŞ-ın Kaliforniya ştatının sakini itini xilas etmək istəyərkən həlak olub.

Gununsesi.info xəbər verir ki, hadisə ştatın Deyli-Siti şəhərinin çimərliyində baş verib.

Gəzinti zamanı it qaçaraq qayanın kənarına yaxınlaşıb. Sahibi onu 150 metrlik uçuruma düşməkdən qorumaqa çalışıb, lakin bu zaman özü qayadan yıxılıb.

67 yaşlı kişi aldığı xəsarətdən hadisə yerində ölüb.

Gununsesi.info