Məktəb təxliyyə edildi - ODLU SİLAHDAN AÇILAN ATƏŞƏ GÖRƏ

  • By admin
  • 21 Fevral 2018 08:40

ABŞ-ın Oqayo ştatındaki Massillon şəhərində məktəbdə təxliyyə elan edilib.

Gununsesi.info xəbər verir ki, məktəb rəhbərliyi təxliyyə qərarını şagirdlərdən birinin odlu silahdan açılan atəş nəticəsində yaralanması barədə məlumat daxil olduqdan sonra verib.

Məlumata əsasən, şagird məktəbə gətirdiyi silahdan özünə atəş açıb.

Hadisənin qəsdən və ya təsadüfən baş verdiyi hələlik məlum deyil.

Şagirdin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Digər xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, bir neçə gün öncə 19 yaşlı Nikolas Kruz ABŞ-ın Florida ştatındaki məktəbdə atəş açmış, hadisə nəticəsində 17 nəfər həlak olmuşdu.

Gununsesi.info