
Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov müayinə üçün getdiyi Türkiyədən qayıdıb.
Gununsesi.info-nun xəbərinə görə, R.Hüseynov təzə bir ağciyərlə yaşamağın çətin olduğunu söyləyib:
“Türkiyədən müayinədən qayıtdım. Onkoloji xəstəliyimlə bağlı vəziyyət dəyişməyib. Üstəlik, başqa xəstəliklər də üzə çıxıb. Gələndən yorğan-döşəkdəyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, bir yandan da təngnəfəslik məni əldən salıb, havam çatmır, boğuluram”.
Diktor xəstəxanada müalicə olunmamasına belə aydınlıq gətirib:
“Çoxdan idi ki, məndə bel yırtığı vardı. İndi xəstəlik daha da irəliləyib. Ümumiyyətlə, bu xəstəliyin çarəsi yoxdur. Evdə həkimlərin nəzarəti altında dava-dərman qəbul edirəm. Bundan belə kim məndən soruşsa, “yaxşıyam” deyə bilməyəcəm, çünki artıq pisəm”.
Xatırladaq ki, xalq artisti bir neçə ildir ki, ağciyər xərçəngindən əziyyət çəkir.
Gülnaz Qənbərli
Gununsesi.info












