
Türkiyə və Azərbaycan arasında son 10 ildə iki ölkə arasındakı maksimum ticarət həcmi 2013-cü ildə olub – 3.3 milyard dollar.
Gununsesi.info bunu iqtisadçı-ekspert Kənan Aslanlıya istinadən bildirir.
İqtisadçı qeyd edir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) xarici ticarət məlumatlarına əsasən Türkiyə ilə Azərbaycan arasındakı xarici ticarət dövriyyəsini təhlil etdikdə bunu görmək olur:
“Daha sonrakı illər hər iki ölkənin ümumi xarici ticarət dövriyyəsində və bir-biri ilə olan idxal-ixrac həcmlərində ciddi azalmalar olub”-K.Aslanlı vurğulayır.
Onun sözlərinə görə, 2016-cı ildə Türkiyə-Azərbaycan xarici ticarət dövriyyəsi 1.6 milyard dollara yaxın olub:
“Dolayısı ilə bir neçə il əvvəl rəsmi bəyan edilən iki ölkə arasındakı illik ticarət həcminin mərhələlərlə əvvəl 5 milyard, daha sonra isə 2023-cü ilə qədər 15 milyard dollara çıxartmaq hədəflərinə ya yenidən baxılmalıdır, ya da onlara çatmaq üçün yeni tədbirlər planı və yol xəritəsi hazırlanmalıdır”.
Vüsalə Rüstəmova
Gununsesi.info












