Yazıçılar Birliyindən şair və yazıçılara XƏBƏRDARLIQ: 3 il...

  • By admin
  • 15 Oktyabr 2021 14:05

Azərbaycan Yazıçılar Birliyi katibliyinin növbəti toplantısında üzvlərin üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi müzakirə edilib.

Bu barədə AYB-dən məlumat verilib.

Bildirilib ki, üzvlük haqları borcunun silinməsinə baxmayaraq, 2020-2021-ci il üçün üzvlük haqlarını ödəməyən çoxsaylı üzvlər var.

Bu üzvlərə xəbərdarlıq edilməsinə, üç il üzvlük haqlarını ödəməyən üzvlərin birliyin sıralarından xaric edilməsinə, üzvlük haqlarının ödənilməsinin asanlaşdırılması üçün Yazıçılar Birliyinin bank kartının elanlarda qeyd edilməsinə qərar verilib.

Gununsesi.info