Artıq yay fəsli olduğu üçün, ya da düşən ilk məsələ də istirahətdir.
Maraqlıdır, görəsən, yazıçılarımız bu yay necə və harada istirahət edəcəklər?
Gununsesi.info bu barədə yazıçılar arasında sorğu keçirib.
Şair Şəhriyar Del Gerani bildirib ki, ötən ildən fərqli olaraq, o, bu il Azərbaycanda, rayonların birində istirahət etməyi düşünür:
“Düzü, ötən il Türkiyədə ola bildim, ancaq bu il üçün başqa ölkəyə getmək planım yoxdur. Çox güman, Göygöldə istirahətimi davam etdirəcəyəm. Allah necə haqdı?!”
Yazıçı Vüqar Van isə bildirib ki, o, ötən il Gürcüstanda, bu il isə Rusiyada – Yessentukidə olacaq.
O cümlədən yazıçı İlham Əziz də Yessentukidə olacağını vurğulayaraq deyib:
“Gənc dostum Vüqar Vanla Rusiyada istirahət etməyi planlaşdırmışıq”.
Sorğuda iştirak edən yazıçı Orxan Həsəni və Nadir Yalçın bildirib ki, heç bir xüsusi planları yoxdur.
Onlar istirahətlərini doğulduqları rayonlarda davam etdirəcəyini bildiriblər.
Orxan
Gununsesi.info












