Yeddi yaşlı qız darıxdığı üçün mənzilini yandırdı - VİDEO

  • By admin
  • 13 Avqust 2022 19:33

Moldovanın Dnestr vilayətində (tanınmamış Moldova Pridnestrovye Respublikası – red.) yeddi yaşlı qız darıxdığı üçün mənzilini yandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə Dnestr əyalətinin Bender şəhərində baş verib. Qızın dediyinə görə, o, darıxdığı üçün kağız, oyuncaq və digər əşyaları yandırıb. Nəticədə yanğın bütün mənzili əhatə edib.

Yanğın başlayanda qızın anası tüstü iyindən ayılaraq yanğını söndürməyə çalışsa da, alov böyüdüyündən onu söndürə bilməyib.

Yanğından sonra çəkilən videoda mənzilin tamamilə yandığını görmək olur. Əşyalar və mebellər alova bürünüb və hamısı külə çevrilib.

Məlumata görə, yanğın yaşayış binasının giriş dəhlizinə keçib.

Hadisə nəticəsində 6 nəfər yaralanıb, onlardan biri reanimasiyadadır.

Gununsesi.info