13 Çin təyyarəsi Tayvan boğazından keçdi

  • By admin
  • 13 Avqust 2022 19:41

Tayvanda 13 Çin təyyarəsinin boğazın orta xəttini keçdiyi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

“Pekin iddia etdiyi ada yaxınlığında hərbi fəaliyyətlərini davam etdirir”, – nazirlikdən bildirilib.

Tayvan ətrafında vəziyyət ABŞ Konqresinin Aşağı Palatasının spikeri Nensi Pelosinin Asiya turu çərçivəsində adaya planlaşdırılan səfərlə bağlı bəyanatından sonra gərginləşməyə başlayıb. Çin nümayəndə heyətinin yerə enməsi halında ABŞ-a ciddi hərbi cavab veriləcəyi barədə xəbərdarlıq edib.

Avqustun 2-də xüsusi təyyarə havaya qalxdıqda Pekin Tayvan boğazında döyüş təlimlərinə başlayıb. Tezliklə Amerika təyyarədaşıyıcıları 800 kilometr uzaqda yerləşdirilib. Avqustun 4-də təlimlər tarixində ilk dəfə olaraq Çin ballistik raketləri adanın üzərindən uçub.

Çin Xarici İşlər Nazirliyi yenidən güc tətbiq etməyə hazır olduğunu xatırladıb, çünki ABŞ ölkənin daxili siyasətinə müdaxilə edir və Tayvanı silahla dəstəkləyir.

Gununsesi.info