“Yelo Bank”da Qadınlar Gününə həsr olunmuş konsert təşkil edildi

  • By admin
  • 05 Mart 2022 18:20

Ötən gün Yelo Bank öz baş ofisində bank üçün qeyri-adi  tədbirə ev sahibliyi etdi.

Gununsesi.info bildirir ki, tədbir zalında Bankın qonaqlarının əməkdaşlarınıniştirakı ilə 8 Mart Qadınlar gününə həsr olunmuş Tanqoətirli qadınadlı klassik musiqi gecəsi baş tutdu. Gecəninəsas ifaçıları xalq artisti Fidan Hacıyeva onunqadınlardan ibarət “MEZZO” adlı kamera orkestrı idi.

Xatırladaq ki, “MEZZO” Azərbaycanın xanımlardan ibarətilk kamera orkestridir. Tədbir başlamazdan öncə Bankınİdarə Heyətinin sədri Anar Həsənov qonaqlarısalamlayaraq gecənin əsas səbəbkarları olan xanımlarıtəbrik etdi onların cəmiyyətimizin həyatında əvəzsizrolundan bəhs etdi.

Konsertin proqramında ölməz sənətkarlarımızın seçməəsərləri ilə yanaşı, dünya klassiklərinin məşhur musiqiləri yer alırdı. Səhnədə Fidan Hacıyeva ilə bərabərəməkdar artist Fərid Əliyev Fidan xanımın musiqiməktəbinin tələbələri, həmçinin Bank əməkdaşı NicatHacılı da çıxış etdi.

Konsertdə müəllifi Bakı Musiqi Akademiyasınınprofessoru, Könül Hüseynova olduğuŞuşam mənimmahnısı elə öz piano müşayiəti ilə Fidan xanımın ifasındasəsləndirildi. Xatırladaq ki, Könül Hüseynova şəhidpolkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin yaxın xanımüzvləri iştirak edirdi qonaqlar onları ayaqüstüalqışlarla salamladılar.

Zərif incə mühitdə keçən tədbirdə “MEZZO” orkestrininhəzin ifası gecəyə ayrı bir gözəllik qeyri-adi ovqat qatdı. Çıxışların hər biri dinləyicilər tərəfindən gurultulu alqışlarlaqarşılandı. Konsert yüksək əhval ruhiyyə ilə sona çatıb.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!