Yeni il bayramı ilə əlaqədar Bakıda bəzi hotellər qiymətləri artırıb - AZƏRBAYCAN TURİZM ASSOSİASİYASI

  • By admin
  • 20 Dekabr 2017 17:16

Yeni il bayramı ilə əlaqədar Bakıda bəzi hotellər qiymətləri artırıblar.

Gununsesi.info xəbər verir ki, bunu trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, qiymət artımı Bakıdakı 5 ulduzlu tanınmış brend hotellərdə müşahidə edilir.

N.Bağırov qiymət artımının səbəbini Azərbaycana bayram ərəfəsində turistlərin axın etməsi ilə əlaqələndirib: “Qiymət artımı artıq gələnlərin sayının çox olmasının göstəricisidir. Dünya turizm praktikasına görə də hotellər Yeni il və başqa bayramlar qabağı qiymətlərini qaldırırlar. Çox təəssüflər olsun ki, hotellər belə addımlar atır”.

N.Bağırov hotellərin qiymət siyasətində sərbəst olduqlarını da söyləyib:

“Hər bir hotel hansısa sahibkarındır. Onlar qiymətləri qaldıra da, endirə də bilərlər”.

Gununsesi.info