
Azərbaycanda yeni növ uşaq bağçaları fəaliyyət göstərəcək.
Gununsesi.info xəbər verir ki, yeni növ uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri “Məktəbəqədər təhsil haqqında” yeni qanun qəbul edildikdən sonra yaradılacaq.
Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Q
anun layihəsi haqqında məlumat verən komitə sədri İsa Həbibbəyli bildirib ki, qanun layihəsi 5 fəsil, 24 maddədən ibarətdir. Onun sözlərinə görə, Azərbaycanda məktəbəqədər təhsilin 4 forması nəzərdə tutulub. “Dövlət, bələdiyyə, özəl və ailə uşaq bağçaları. Bundan əlavə, dünyada 20-dək məktəbəqədər təhsil növü var ki, biz onun 7-ni özümüz üçün məqbul hesab edərək qanun laiyəhsinə salmışıq. Bunlardan senator tipli-yəni, infeksion və digər xəstəlikləri olan uşaqlar üçün məktəbəqədər təhsil, sağlamlıq imkanları məhdud olan –yəni, görmə, eşitmə və digər problemləri olann uşaq bağçaları, eksperimental tipli məktəbəqədər təhsil- bu əsasən ali və elmi təqdiqat institularının tərkibindəki uşaq bağçalarıdır. Və innovative uşaq bağçaları nəzərdə tutulur. Bunlar Azəbaycanda yeni növ məktəbəqədər təhsil müəssisləri olacaq”- deyə, komitə sədri bildirib.
Mürtəza
Gununsesi.info












