“Yeni Şəfəq” Hüseyn Böyükfıratın Azərbaycana buraxılmamasından yazdı

  • By admin
  • 07 Oktyabr 2016 22:37
  cvey953u
FETÖ türk iş adamı Hüseyn Böyükfıratın ölkəyə girişini qadağan edib. 1992-ci ildən Azərbaycanda böyük biznes sahibi olan H. Böyükfırat üzərində basqı olsa da, FETÖ-yə dəstək verməyən, həmin təşkilatın həm Türkiyədə, həm də Azərbaycanda desifre edilməsinə cəhd edən şəxs kimi tanınır.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyədə Ərdoğan hakimiyyətinə yaxınlığı ilə seçilən “Yeni Şəfəq” qəzetində yazılıb.
Yazıda qeyd olunur ki, restoranlar şəbəkəsi başda olmaqla, bir çox yatırımları olan Böyükfıratın eyni zamanda, STK və yardım fəaliyyətləri mövcuddur.
“1990-cı illərdə ondan yardım adı altında pul istəyən təşkilat üzvlərinə dəstək olmamaqla yanaşı, bunu hər kəsə duyurmağa çalışan Böyükfırat həmin vaxtdan FETÖ-nün hədəfindədir. Təşkilatın açıqlamasında adı “maliyyəçi” kimi keçən biznesmen Azərbaycandakı FETÖ-çülərin təhdidlərinə məruz qalıb. “Bu işin arxasında gizli siyasət yeridən FETÖ-çülər var” deyən Böyükfırat bir neçə il əvvəl dövlətin əli ilə türk cumhuriyyətlərinə daxil olanların eynilə Türkiyədəki kimi dövlət işlərinə sızdığını söyləyib. Bu işçi heyətinin əvvəllər də ona səbəbsiz yerə ölkəyə giriş qadağası qoyduğunu bildirən Böyükfırat çəkdiyi zərərin sonradan Azərbaycan höküməti tərəfindən aradan qaldırıldığını söyləyib. FETÖ ilə mübarizədə Ankaraya ən çox dəstəyi Bakının verdiyini qeyd edən iş adamı açıqlaçasında bu sözləri deyib: “Azərbaycan bu təşkilatın məktəblərini bağladı, din adamlarını ölkədən çıxardı. Lakin FETÖ bürokratiya ilə özünü qoruyur. Buradakı siyasi gizliliyini qoruyanlar illərdir ki, heyətlərə ayrılır. Buna görə də eynilə Türkiyədəki kimi ciddi mübarizə aparmaq lazımdır”-deyə, sonra qeyd olunur.
Tərcümə edəni Nigar Cəfərli
Gununsesi.info