“Bank sektorunda çox ciddi islahatlar aparılmalıdır” – Prezident

  • By admin
  • 07 Oktyabr 2016 22:54

prez-mus-4

“Azərbaycanın bank sektorunda konsolidasiya siyasəti davam etdirilməlidir”.

Gununesi.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevoktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bank sektorunda islahatlar, konsolidasiya siyasəti davam etdirilməlidir. Bank sektorunda çox ciddi islahatlar aparılmalıdır”.

Prezident vurğulayıb ki, bu sektor şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir.

 

Gununsesi.info