Yeniyetmənin intiharı  ARAŞDIRILIR

  • By admin
  • 15 Oktyabr 2021 12:26

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E-nin özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı məlumat yayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Gununsesi.info-ya bildirilib ki, dərhal qurum tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə əlaqə saxlanılıb.

Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə,16 yaşlı A.E əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayəşin kimi yaşayırmış. İlkin ehtimala görə, intihar ailə münaqişəsi zəminində baş verib. Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.

Gununsesi.info