Yerevanda aksiyada xəsarət alanların sayı 46 nəfərə çatıb – YENİLƏNİB

  • Müəllif: admin
  • 16 Aprel 2018 19:22


Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Tibb müəssisələrinə 46 nəfər, həmçinin 6 polis əməkdaşı müraciət edib. Onların bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıb”, – Nazirliyin məlumatında deyilir.

*** 18:20

Ermənistan paytaxtı Yerevanda Serj Sarqsyanın baş nazir təyinatına qarşı çıxan etirazçılarla polis arasında baş vermiş qarşıdurma nəticəsində 33 nəfər xəsarət alıb.

Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Yerli KİV-in məlumatına görə, 1 nömrəli şəhər klinik xəstəxanasına 7, Erebuni Tibb Mərkəzinə 8, Müqəddəs Qriqori adına Tibb Mərkəzinə isə 18 nəfər yerləşdirilib.

Xəstəxanaya yerləşdirilənlərin üçü polisdir.

Gununsesi.info