Yevlaxda bədbəxt hadisə - BAŞINA TƏKƏR DÜŞƏN QADIN DÜNYASINI DƏYİŞDİ

  • By admin
  • 14 Sentyabr 2019 21:15
Yevlaxda yaşlı qadın ehtiyatsızlıq nəticəsində ölüb.
Gununsesi.org xəbər verir ki, hadisə rayonun Kövər kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1949-ci il təvəllüdlü Qöncə Quliyevanın başına divarda asılı olan motosiklet təkəri düşüb.
Başından ağır xəsarət alan yaşlı qadın rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Gununsesi.org