“Real”-dan çətin qələbə - 3 XALI 3 QOLLA QAZANDI

  • By admin
  • 14 Sentyabr 2019 21:27

İspaniya La Liqasında 4-cu turun oyunlarına start verilib.

Gununsesi.org xəbər verir ki, turun açılış matçında “Real” doğma meydanda “Levante” ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

“Real” – “Levante” – 3:2
Qollar: Benzema, 25 (1:0), 31 (2:0), Kasemiro, 40 (3:0), Mayoral, 49 (3:1), Melero, 75 (3:2)

Bu qələbə ilə xalını 8-ə yüksəldən Zinəddin Zidanın komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Atletiko” 9 xalla (3 oyundan) 1-ci, “Atletik” 8 xalla 3-cüdür.

Gununsesi.org