Yevlaxda ev əşyaları ilə birlikdə yanıb külə döndü

  • By admin
  • 29 Oktyabr 2021 09:10

Yevlax şəhərinin Kövər kəndində, ferma ərazisində ümumi sahəsi 56 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya  verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info