Yevlaxda keçmiş polis qətlə yetirildi

  • By admin
  • 08 Yanvar 2023 09:28

Yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

A.Sadıqov əvvəllər Yevlax Rayon Polis Şöbəsində polis serjantı kimi xidmət edib.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info