Yevlaxda piyadanı maşın vuraraq ona xəsarət yetirib

  • Müəllif: admin
  • 16 Yanvar 2020 22:46

Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Havarlı kəndi ərazisində qeydə alınıb.

Kimliyi  hələlik dəqiqləşdirilməmiş sürücü idarə etdiyi “VAZ 2107” markalı avtomobillə kişi piyadanı vurub. Yaralı hadisəni törədən şəxs tərəfindən xəstəxanaya çatdırılıb. Xəsarət alan piyadanın kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org