Yevlaxda üçmərtəbəli yataqxanada yanğın oldu

  • By admin
  • 04 Dekabr 2022 09:22

Yevlax şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info