
Estoniyanın paytaxtı Tallində təşkil olunmuş UEFA İnkişaf Turnirində 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması son oyununu keçirib.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, finlandiyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:5 hesabı ilə məğlub olub.
Xatırladaq ki, turnirin ilk oyununda yığmamız Malta komandasına 1:2 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Estoniya yığmasına qalib gəlib- 4:1.
Anar
Gununsesi.info