Yığmamızın hücumçusu “Fənərbaxça”nı ilk pilləyə yüksəldib

  • By admin
  • 02 Dekabr 2017 17:12


Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Çanakkale Bld” klubunu qəbul edib.

Görüş “sarı-lacivərdlilər”in asan qələbəsi ilə başa çatıb – 3:0 (25:16, 25:21, 25:10). Rəhimova matçda 9 xal toplayıb.

Bu qələbə sayəsində xalını 26-ya çatdıran “Fənərbaxça” müvəqqəti də olsa, ilk pilləyə yüksəlib.

Gununsesi.info