Yıldırım jurnalistlə zarafatlaşdı: Kürsü əlimizdə qaldı

  • By admin
  • 24 İyun 2018 15:53


Türkiyənin Baş naziri Binəli Yıldırım səsvermə prosesində iştirak etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Gununsesi.info xəbər verir ki, baş nazirin jurnalistlərdən birinin “Cənab Baş nazir, vəzifənizi təhvil verə bilməyəcəksiniz, sonuncu Baş nazirimizsiniz” sözlərinə zarafatla verdiyi cavabı ətrafdakıların gülüşünə səbəb olub.

“Kürsü əlimizdə qaldı, hərraca çıxaracağıq”, – Yıldırım bildirib.

Qeyd edək ki, prezident idarəetməsinə keçid edən Türkiyədə seçkilərdən sonra baş nazir vəzifəsi ləğv ediləcək.

 

Gununsesi.info